MİQ / Pedaqogika
Qiymətləndirmə növləri
Diaqnostik, formativ və summativ qiymətləndirmənin fərqi.
Diaqnostik qiymətləndirmə
Təlimə (tədris ilinə, bölməyə və ya mövzuya) başlamazdan əvvəl şagirdlərin ilkin bilik və bacarıq səviyyəsini müəyyən etmək üçün aparılır. Nəticəsi müəllimin planlaşdırmasına istiqamət verir.
Formativ qiymətləndirmə
Təlim prosesində davamlı aparılır. Məqsəd şagirdin irəliləyişini izləmək, çətinlikləri vaxtında aşkarlamaq və əks-əlaqə verməkdir — yəni öyrənməni yaxşılaşdırmaq, yekun qiymət çıxarmaq yox.
Summativ qiymətləndirmə
Müəyyən təlim mərhələsinin sonunda nəticəni ölçür. Kiçik summativ bölmə (mövzu) sonunda, böyük summativ yarımilin sonunda keçirilir.
Bütün qiymətləndirmə növlərinin meyarları məzmun standartlarından — gözlənilən təlim nəticələrindən çıxış edir.
Mini-test: 6 sual
1 / 6
Qiymətləndirmə növləri