MİQ / Pedaqogika
Blum taksonomiyası
Təfəkkür səviyyələri və onlara uyğun tapşırıqlar.
Altı səviyyə
Benjamin Blumun klassik taksonomiyası (1956) idrak fəaliyyətini sadədən mürəkkəbə altı səviyyəyə bölür: bilmə, anlama, tətbiqetmə, təhlil (analiz), sintez və qiymətləndirmə.
2001-ci ildə Anderson və Krathwohl yenilənmiş versiya təqdim etdi: xatırlama, anlama, tətbiqetmə, təhlil, qiymətləndirmə, yaratma. Burada ən yüksək səviyyə “yaratma”dır.
Səviyyəni feildən tanı
Bilmə — sadala, adlandır. Anlama — öz sözlərinlə izah et. Tətbiq — öyrəndiyini yeni vəziyyətdə istifadə et. Təhlil — hissələrə ayır, səbəb-nəticəni müəyyən et. Sintez — hissələri birləşdirib yeni bir şey qur. Qiymətləndirmə — meyara görə mühakimə yürüt, əsaslandır.
Mini-test: 6 sual
1 / 6
Blum taksonomiyası